Şəmkir sakini tanışını güllələyib öldürdü

Şəmkir sakini tanışını güllələyib öldürdü

21 yanvar 2021-ci il tarixdə rayon sakini Bəxtiyar Alıyevin odlu silahla qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır. Bu barədə Azvision.az-a Şəmkir rayon prokurorluğundan məlumat verilib.

İstintaqla müəyyən edilmişdir ki, rayon sakini Vasif Aslanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qanunsuz olaraq əldə etdiyi ov tüfəngi ilə Bəxtiyar Alıyevi qəsdən öldürüb.

Vasif Aslanov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 

Mənbə: azvision.az