Rusiyada virus qurbanlarının sayı 113 minə çatır

Rusiyada virus qurbanlarının sayı 113 minə çatır

Rusiyada son sutka ərzində koronavirusa 8329 yeni yoluxma halı qeydə alınıb. Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 871 843 nəfərə çatıb.

Rusiyada son bir gündə 370 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 112 992 nəfərdir. İndiyədək 4 488 615 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Pərvanə Sultanova

Mənbə: azvision.az