Qubada 8 yaşlı uşaq traktora qoşulan dərmansəpən qurğunun arasında qalıb

Qubada 8 yaşlı məktəbli dərmansəpən qurğunun arasında qalaraq xəsarətlər alıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hacıqayıb kəndində baş verib.

Belə ki, kənd sakini Zamiq Rəşad oğlu Harunov atasına məxsus traktora qoşulmuş dərmansəpən aparata ilişib. Məlumata görə, 8 yaşlı uşağın şalvarı işlək vəziyyətdə olan dərmansəpən qoşqunun hərəkətverici qurğusuna ilişib və qurğu onu bir neçə dəfə qaldıraraq yerə çırpıb. Nəticədə uşağın daxili orqanları zədələnib. Bundan başqa uşağın hər iki əli və sağ ayağı əzilib.

Z.Harunov Quba Regional Diaqnostika Mərkəzinə yerləşdirilib

Faktla bağlı araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Alman faşizmindən də betər faşizm

SONRAKI XƏBƏR

Ter Ştegen 2:8-dən danışdı