Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb

Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az APA-ya istiandən xəbər verir ki, mayın 7-də saat 16 radələrində Cəlilabad rayonunun Abışabad kəndi ərazisində Təklə kənd sakini E.Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini Nihad Nəzərovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

 

Mənbə: metbuat.az