Evimizə gedən yolu açmaq üçün həyatlarını təhlükəyə atanlar

Evimizə gedən yolu açmaq üçün həyatlarını təhlükəyə atanlar

ANAMA-nın mexaniki minatəmizləmə üzrə supervayzer Rasim Nağıyev: “Texnikalar 1 saat müddətində 1000-3000 kvadrat metr sahəni təmizləmə gücündədir”.

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. 44 günlük şanlı tarix ərzində müzəffər ordumuz tərəfindən torpaqlarımız yağı düşməndən təmizləndi. Bugün isə ermənilərin həmin ərazilərdə basdırdığı minaların ANAMA əməkdaşları tərəfindən təmizlənməsi davam edir. İşğaldan azad edilən ərazilərdə minaların təmizləndiyi sahələrə media tur təşkil edilib. Ərazidə aparılan proseslər jurnalistlər tərəfindən izlənilib.

İşlərə işğaldan azad edilmiş Qartaxanbəyli kəndindən start verilib. Hazırda bu yolda təmir işləri gedir ki, bu yolun yol yatağının genişləndirilməsi üçün ANAMA-nın əməkdaşları ərazidə minatəmizləmə əməliyyatları aparır. Minatəmizləmə əməliyyatı 3 üsulla aparılır. Dedektorlar vasitəsilə, mexaniki üsulla və itlər vasitəsi ilə. Hazırda isə itlər vasitəsi ilə çirkənmiş ərazidə mina axtarılır. ANAMA-nın mina təmizləmə üzrə mütəxəssislər xüsusi detektorlar vasitəsi ilə minaların aşkar edilməsi işlərini yerinə yetirir. Həmçinin zolaqların açılması üçün uzaqdan idarə olunan mina təmizləmə texnikaları çalışır. Bundan başqa təmizləmə işlərində xüsusi təlim keçmiş itlərdən də istifadə olunur. ANAMA-nın əməkdaşı Mədəd Məmmədov deyir ki, ermənilər tərəfindən minalanmış ərazilərin xəritəsi təqdim edilmədiyi üçün təmizləmə işlərində çətinlik yaranır. Ərazidə aparılan müşahidələr zamanı 1.5 km məsafədə 9 mina xətti aşkar edilib. Hazırda həmin istiqamətdə də təmizləmə işləri aparılır.

“Ərazinin yaxınlığından asvalt yol keçir. Biz hazırda asvalt yolun genişləndirilməsi ilə bağlı təmas xəttində olan mina sahəsindən və eyni zamanda digər ərazilərdən asvalt yolun genişləındirilmıəsi işi ilə məşğuluq. Asfalt yol yenidən bərpa olunur və bu asfalt yolun bərpası üçün təxminən biz asfaltdan 12 metr sağa, 12 metr sola ərazini minalardan təmizləyirik. Minalar 3 üsulla aparılır. Minatəmizləyən itlərdən istifadə edirik. Təmizləmə əməliyyatları aparırıq. Evlərə yaxın olan hissələrdə isə partlanmamış hərbi sürsat axtaran itlərdən istifadə etməklə təmizləmə işi aparırıq. Yolun 13 kilometr hissəsinin təmizlənməsi üçün bizə göstəriş verilib. Artıq 8 kilometrə yaxınını təmizləmişik. Əlavə 5 kilometr ərazidə də hazırda işlər davam edir”.

İşğaldan azad edilmiş Qartaxanbəyli kəndində ərazilərin minalardan təmizlənməsi Sputnik / Emin Alisahibİşğaldan azad edilmiş Qartaxanbəyli kəndində ərazilərin minalardan təmizlənməsi Sputnik / Emin Alisahibİşğaldan azad edilmiş Qartaxanbəyli kəndində ərazilərin minalardan təmizlənməsi Sputnik / Emin Alisahib1 / 3İşğaldan azad edilmiş Qartaxanbəyli kəndində ərazilərin minalardan təmizlənməsi

Minatəmizləmə əməliyyatlareına cəlb edilmiş itlərin sayında yaxın gələcəkdə artımın müşahidə ediləcəyi bildirilir. İtlərin sayının arıtırlması üçün artıq ANAMA-nın seleksiya mərkəzində damazlıq itlərin saxlanılmasına başlanılıb. ANAMA-nın Horadiz Regional İdarənin Əməliyyatlara Daxili Nəzarət üzrə mütəxəssis Azər Hüseynov bildirib ki, təmizləmə əməliyyatlarından istifadə edilən xüsusi təlim keçmiş itlərin mühüm rolu var. “Hazırda 38 baş it vardır ki, onun 20 başı mina axtaran itlərdir ki ərazilərə cəlb edilib. Bundan başqa 4 baş it isə xüsusi təlim yolu vasitəsi ilə partlamamış silah sursatların tapılması üçün yetişdirilib. İtlərin sayının arıtırlması üçün ANAMA-nın seleksiya mərkəzində 4 baş damazlıq it saxlanılır. Bu itlərdəndə 6 baş it əldə olunaraq xüsusi təlim keçilib və sahələrə cəlb edilir”.

Hazırda işğaldan azad edilən ərazilərdə istifadə olunan texnikalar həm tank həmdə piyada əleyhinə minalara davam gətirmək qabiliyyətinə malikdir. ANAMA-nın mexaniki minatəmizləmə üzrə supervayzer Rasim Nağıyevin sözlərinə görə, əməliyyatlarda texnikalardan istifadə işlərin geniş çərçivədə aparılmasına şərait yaradır. Əməliyyat planına uyğun olaraq şübhəli ərazilərə texnikalar cəlb edilir və mina xətlərinin aşkar edilməsi ilə yanaşı riski azalır: “Texnikalar həm tank, həm də piyada əleyhinə minalara davam gətirmək qabiliyyətinə malikdir. Uzaqdan idarə olunan texnikalar üç növdür - bunlar yüngül, orta və ağır tipli olan mina təmizləyən maşınlardır. Relyefin müxtəlifliyinə görə texnikaların təmizləmə işləri dəyişə bilir. Belə ki, 1 saat müddətində 1000-3000 kvadrat metr sahəni təmizləmə gücündə olan minatəmizləyən maşınlar əməliyyatlarda əvəzsiz rola malikdir”.

Media tur zamanı mina təmizləmə mütəxəssislər tərəfindən aşkar edilən tank əleyhinə həmçinin partlamamış silah-sursatların partlatma yolu ilə zərərsizləşdirmə prosesi də izlənilib.

Mənbə: sputnik.az