Əfqanıstanda matəm elan edildi

Əfqanıstanda matəm elan edildi

Əfqanıstan Prezidenti Əşrəf Qani mayın 11-də ölkədə matəm elan edilməsi ilə bağlı qərar verib.

Axar.az xəbər verir ki, bu barədə “TOLO Nyus” məlumat yayıb.

Ə.Qani məktəbdə törədilən qanlı terror aktını bəşəriyyətə qarşı cinayət adlandırıb.

Qeyd edək ki, Kabildə məktəb yaxınlığında törədilən terakt nəticəsində 63 nəfər ölüb, 150-i yaralanıb.

Mənbə: axar.az