Gəncədə yeni tikilən ikimərtəbəli ev yanıb - FOTO

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Burla Xatın küçəsində qeydə alınıb.

İkimərtəbəli fərdi yaşayış evində anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in canlı qüvvəsi və yanğınsöndürən texnikası cəlb olunub.

Yağın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, yanan ev yeni tikildiyindən yaşayış olmayıb.

Ona.az

ƏVVƏLKİ XƏBƏR

Xankəndində hərbi parad keçirilməyib

SONRAKI XƏBƏR

Alimlər: Radioterapiya Altsheymer xəstəliyində kömək edir