Mingəçevir işıqsız qaldı

Mingəçevir işıqsız qaldı

Güclü külək Mingəçevirdə fəsadlara yol açıb.

Axşam saatlarında güclənən külək Dilarə Əliyeva, Üzeyir Hacıbəyov küçələri, Sağ sahil yaşayış massivi və digər ərazilərdə tam və ya qismən iri ağacları yola aşırıb.

 

Bəzi istiqamətlərdə enerji xətləri zədələnib. Bu səbəbdən Günəşli yaşayış massivi, Sağ sahil yaşayış ərazisi və mərkəzi bazar yaxınlığındakı ərazilərdə elektrik enerjisinin ötürülməsində fasilə yaranıb.

 

Fəsadların aradan qaldırılması üçün təsərrüfat idarələri hazırda şəhər ərazisində bərpa işlərini icra edir.

 

APA

Mənbə: pravda.az