Nazir meşəyə ova getdi və yoxa çıxdı NAVALNININ YERLƏŞDİRİLDİYİ XƏSTƏXANADA BAŞ HƏKİM İDİ...

Nazir meşəyə ova getdi və yoxa çıxdı NAVALNININ YERLƏŞDİRİLDİYİ XƏSTƏXANADA BAŞ HƏKİM İDİ...

Rusiyanın Omsk vilayətinin səhiyyə naziri Aleksandr Muraxovski meşəyə ova gedib və yoxa çıxıb. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, mayın 7-də kvadrosikllə meşəyə ova gedən nazirdən bu günə qədər xəbər yoxdur.

Muraxovski 2020-ci ilin avqustunda müxalifət lideri Aleksandr Navalnının zəhərlənməsi zamanı onu qəbul edən Omsk 1 nömrəli təcili yardım xəstəxanasının baş həkimi idi. Orada həkimlərin zəhərlənməyə qarşı ilkin tibbi müdaxiləsi “Noviçok” əsəb-iflic maddəsi ilə zəhərlənən siyasətçinin sağ qalmasına kömək etmişdi.

 

Rusiya KİV-ləri xəbər verir ki, nazirin axtarışlarına 100-dən çox adam, vertolyotlar və pilotsuz uçan aparatlar cəlb olunub. Onun kvadrosiklini bataqlıqda tapıblar, amma nazirin özü orada olmayıb.

49 yaşlı Muraxovski Bolşeukovski rayonundakı ovçuluq bazasından meşəyə yollanıb. Əvvəlcə onun tanışları naziri özləri axtarmağa çalışıblar, amma nəticə olmadığı üçün dünən polisə müraciət edilib. Yerli sakinlər deyirlər ki, nazirin itkin düşdüyü rayonda ayılar görüblər. Ayılaın ovlanmasına mayın sonuna qədər icazə verilir, amma nazirin məhz ayı ovu üçün meşəyə getdiyi barədə məlumat yoxdur. Adətən həmin rayonda çöl quşları ovlayırlar.

Virtualaz.org

Mənbə: virtualaz.org