10 ABŞ paraşütçüsü xəstəxanaya yerləşdirilib

10 ABŞ paraşütçüsü xəstəxanaya yerləşdirilib

Estoniya ərazisinə eniş edən ABŞ hərbi təyyarəsinin göyərtəsində olan 10 paraşütçü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bizim.Media “Posttimes”a istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 600 hərbiçini daşıyan təyyarənin yerə sərt eniş etməsi nəticəsində hadisə baş verib.

Estoniyadakı ABŞ səfirliyinin sözcüsü Mark Neylor məlumatın doğruluğunu təsdiqləyib.

“Xəsarət alanlardan heç birinin həyati təhlükəsi yoxdur və əksəriyyətinə tibbi yardım göstərildikdən sonra ximətlərinə davam ediblər.”-deyə səfir açıqlamasında bildirib.

Bizim.Media

Mənbə: bizim.media