Qələbə günündə Rusiyada “Berlin” restoranı yanıb

Qələbə günündə Rusiyada “Berlin” restoranı yanıb

Saratov vilayətinin Balakova şəhərində yerləşən “Berlin” restoranında yanğın baş verib.

“RİA Novosti” xəbər verir ki, bu barədə FHN-in regional idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, hadisə gönorta saatlarında qeydə alınıb.

“Berlin” restoranının kababxanasında manqalın üzərindəki asqı alışaraq od tutub.

Yanğın tezliklə söndürülüb və hadisə nəticəsində xəsarət alan olmayıb.

Mənbə: oxu.az