Tatarıstan hakimiyyəti məktəbdəki atışmada həlak olanların dəfn mərasimlərini üzərinə götürəcək

Tatarıstan hakimiyyəti Kazandakı 175 nömrəli gimnaziyada atışma nəticəsində həlak olanların yas mərasimlərinin təşkilini öz üzərinə götürəcək.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu respublika prezidenti Rüstəm Minnixanov deyib.

Minnixanov, bütün yaralanan və xəsarət alanlara da kömək göstəriləcəyini də qeyd edib.

Respublika başçısının mətbuat xidmətindən bildirilib ki, davam edən istintaq tədbirləri səbəbindən dəfn vaxtı hələ məlum deyil.

R.Minnihanov xəstəxanadakı atışma nəticəsində yaralanan uşaqları ziyarət edib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

İran məhsularlığı bir neçə petaflops olan superkompüter hazırlayıb

SONRAKI XƏBƏR

Ermənilər DƏHŞƏT İÇİNDƏ: Zombi general "xortladı" - VİDEO