Neftçalada avtomobil beton maneəyə çırpılıb, 1 nəfər xəsarət aldı

Neftçalada avtomobil beton maneəyə çırpılıb, 1 nəfər xəsarət aldı

Neftçalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Rayonun Mirqurbanlı kənd sakini, 1981-ci il təvəllüdlü Hüseynov Seymur Zabil oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi yolun kənarındakı beton maneəyə çırpılıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az