İsmayıllıda maşın ağaca çırpıldı, sürücü öldü - FOTOLAR

İsmayıllıda maşın ağaca çırpıldı, sürücü öldü -    FOTOLAR

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Azvision.az -ın məlumatına görə, qəza İsmayıllı-Qəbələ yolunun Topçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı avtomobilin sürücüsü dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.







 

Mənbə: azvision.az