İstanbulda metrobusda özünə xəsarət yetirən silahlı şəxs saxlanılıb

İstanbulda Haramidere rayonunda Avçılar istiqamətinə hərəkət edən metrobus sürücüsü ilə silahlı şəxs arasında insident olub.

Redaktor.az-ın xəbərinə görə, metrobusun içərisində əlində bıçaq olan şəxs gərgin psixoloji vəziyyətdə özünə xəsarət yetirib.

Haramidere dayanacağında sürücünün metrobusu saxlaması ilə vəziyyət daha da gərginləşib və sürücünün silahlı şəxs tərəfindən girov götürüldüyü təəssüratı yarandığı üçün sərnişinlər Türkiyə Daxili İşlər Nazirliyinin əməkdaşlarını hadisəyə cəlb edib.

Ərazi nəzarətə götürülüb və bir saat ərzində şübhəli şəxs saxlanılıb.

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

Firəngiz Mütəllimova Şuşadan paylaşım etdi - FOTO

SONRAKI XƏBƏR

Livandan İsrailə raketlər atılıb