Atəşkəsin ilk günündə 4 partlayış: 11 ölü, 17 yaralı

Atəşkəsin ilk günündə 4 partlayış: 11 ölü, 17 yaralı

Əfqanıstanda 3 günlük atəşkəsin ilk günündə 4 fərqli ərazidə partlayış törədilib.

Axar.az xəbər verir ki, ölkənin cənubunda yerləşən Qəndəhar, şimalında Kunduz və Qəzni şəhərlərində baş verən 4 ayrı partlayışda 11 nəfər ölüb, 17 nəfər yaralanıb.

Qeyd edək ki, Taliban Ramazan bayramı üçün 3 günlük atəşkəs elan etmişdi. Əfqanıstan hökuməti əfqan qüvvələrinə bu müddət ərzində Taliban əleyhinə əməliyyat keçirməməyi əmr etmişdi.

Mənbə: axar.az