Bakıda iki nəfər bıçaqlandı BİRİ BOĞAZINDAN, O BİRİ DÖŞ QƏFƏSİNDƏN

Bakıda iki nəfər bıçaqlandı BİRİ BOĞAZINDAN, O BİRİ DÖŞ QƏFƏSİNDƏN

Paytaxtda iki bıçaqlanma hadisəsi baş verib.

Virtualaz.org-un məlumatına görə, hadisələrdən biri Sabunçu rayonunda - Ələsgər Bağırov küçəsində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Vəliyev Valeh Habil oğlu naməlum şəxs tərəfindən boğazından bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Digər hadisə isə Xəzər rayonunda-Zirə qəsəbəsində baş verib. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü, Məmmədov Etibar Ağababa oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Mənbə: virtualaz.org