Bakıda qəza: iki nəfər xəsarət aldı FOTO

Bakıda qəza: iki nəfər xəsarət aldı FOTO

Paytaxtın Nərimanov rayonunda yol qəzası baş verib, 2 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə “Elit” ticarət mərkəzinin qarşısında qeydə alınıb.

“Seat” markalı avtomobil işıqforun yaşıl işığından keçərkən 1986-cı il təvəllüdlü Ağaquliyev Fuad Hüseyn oğlu idarə etdiyi mopedlə ona çırpılıb. Qəza nəticəsində mopedin sürücüsü F.Ağaquliyev və sərnişini 1979-cu il təvəllüdlü Həsənova Samirə Qınyaz qızı ağır bədən xəsarətləri alıblar.

Nərimanov Rayon Polis İdarəsindən sayta bildiriblər ki, mopedin sürücüsü yolu işıqforun qırmızı işığında keçib.

 

Mənbə: virtualaz.org