Şimali Kiprdə insandan heyvana sürətlə keçən koronavirus növü aşkarlanıb

Şimali Kiprdə pişikdə sahibinin koronavirusa yoluxmasından 10 gün sonra bu xəstəliyin simptomları aşkarlanıb.
APA “Yeni Duzen” qəzetinə istinadən xəbər verir ki, hadisə Kipirin Yaxın Şərq Universitetinin Təcrübə Tibbi Elmlər İnstitutu tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib.
Mütəxəssislər virusun qısa müddətdə sürətlə insandan heyvana keçməsindən narahatlıqlarını bildiriblər.
Qeyd edilib ki, əvvəlki araşdırmaların nəticələrinə görə ev heyvanları yalnız 3-6 həftə ərzində insandan koronavirusa yoluxa bilər.
Sözügedən pişiyin yoluxduğu “Britaniya ştamm”ı koronavirusun orijinal versiyası ilə müqayisədə daha sürətli formasıdır. Heyvanın görməsində və ürəyin fəaliyyətində problem yaranıb. Tədricən klinik simptomların özünü büruzə verdiyi bildirilib.

Teref.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda 10 yaşlı uşağı piyada zolağında avtomobil vurdu

SONRAKI XƏBƏR

Bakıda avtomobil vuran şəxsin ayağı amputasiya edilib