Koronavirus İranda daha 202 can aldı

Koronavirus İranda daha 202 can aldı

İranda son sutka ərazində koronavirusa 10 145 nəfər yoluxub, 202 pasiyent dünyasını dəyişib. Azvision.az xəbər verir ki, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 2 732 152, ölənlərin sayı isə 76 433-ə çatıb.

Hazırda xüsusi xəstəxanalarda müalicə alan 5468 xəstənin vəziyyəti ağırdır. İndiyədək 2 196 197 xəstə sağalaraq evə buraxılıb.

 

Mənbə: azvision.az