Ermənistanda hərbi komissarlıqda bomba həyəcanı

Ermənistanda hərbi komissarlıqda bomba həyəcanı

Ermənistanda hərbi komissarlıqda bomba həyəcanı yaşanıb. Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, əvvəlcə Şenqavit rayon hərbi komissarlığına bomba qoyulması barədə xəbərlər yayılıb. Daha sonra isə mediaya fərqli informasiyalar ötürülüb.

"Yayılan məlumata görə, hərbi komissarlığın təmizlik işçisi təsadüfən şübhəli bir çanta tapıb. Daha sonra çantada "Tratil" tipli partlayıcı maddə olduğu ortaya çıxdı. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər. Nazirlikdən ətraflı məlumatlar öyrənməyə çalışdıq. Bizə verilən məlumatda deyildi ki, əslində hər hansı şübhəli çanta, bomba tapılmayıb. Hərbi komissarlığın paltar asqısındakı hərbi geyimin cibində bir əl qumbarası aşkarlanıb", -deyə xəbərdə qeyd olunub.

Mənbə: azvision.az