"Hacı Beyləqanski" ləqəbli kriminal avtoritet haqda ŞOK FAKTLAR

"Hacı Beyləqanski" ləqəbli kriminal avtoritet haqda ŞOK FAKTLAR

Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski)- 1982-ci il martın 29-da Beyləqan şəhərində anadan olub. 2012-ci il dekabrın 10-da Dubayda keçirilən "sxodka"da qanuni oğru adını alıb. Rövşən Lənkəranskiyə ən yaxın şəxslərdən sayılan Beyləqanski Rövşənin öldürülməsindən sonra Türkiyə polisi tərəfindən saxlanılıb, bir müddət sonra azadlığa çıxıb.

Daha sonra İstanbulda “Lotu Quli”yə sui-qəsddə cəhddə şübhəli bilinib, Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevlə birgə saxlanılıb. Bir neçə ay sonra məhkəmə tərəfindən azadlığa buraxılıb. İstanbuldan Moskvaya köçüb.

2019-cu il də bir neçə qətl hadisəsinə görə Hacı Beyləqanski həbs olunub. Moskva Məhkəməsi tərəfindən 19 il müddətə azadlıqdan məhrum edilib, hazırda həbsdədir. O, Moskvada 2012-ci ildə kriminal avtoritet Ded Xasanın (Aslan Usoyan) və yaxın tərəfdarlarından biri İlqar Əliyevi öldürməkdə ittiham olunur.

Bir neçə il öncə Rusiyanın paytaxtı Moskvada həbs olunan azərbaycanlı qanuni oğru Hacı Beyləqanski (Hacıbaba Talıbxanlı) ilə bağlı sensasion məlumat yayılıb. Həmin vaxt Rusiya mətbuatında yayılan xəbərə görə, 39 yaşlı Beyləqanski Rusiya paytaxtında yerləşən 6 saylı istintaq təcridxanasına köçürülüb.

Maraqlıdır ki, Şosseynaya küçəsində yerləşən bu təcridxana qadınlar üçün nəzərdə tutulub. Rusiya pentensiar xidmətinin azərbaycanlı qanuni oğrunu niyə məhz bu həbsxanaya göndərdiyi dəqiq bilinmir. Yeganə bilinən odur ki, sırf qadınlar üçün nəzərdə tutulan bu təcridxanada saxlanılan yeganə kişi məhbus məhz Beyləqanskidir. Sonradan bu məlumatın yalan olduğu sübut olunub.

Daha sonra 2019-cu ildə Rusiyanın primecrime.ru saytında isə azərbaycanlı qanuni oğrular barədə məqalə dərc olunub. Məqalədə “qanuni oğru” mərhum Rövşən Lənkəranskinin ölümündən sonra kriminal aləmdə baş verənlər, onun yaxın tərəfdaşlarının düşmənləri ilə münasibətlərinə toxunulur.

Sayt qeyd edir ki, oğru dünyasında nüfuzlu şəxslərdən olan Hacı Beyləqanski guya öz dostu Rövşən Lənkəranski ilə dostluğa sadiq olmayıb, onun ölümündə adı hallandırılan şəxslərlə yaxınlaşıb, hətta qarşı tərəfdən bahalı hədiyyə qəbul edib.

Bu məqalə dərc olunduqdan sonra bəzi Azərbaycan saytları məsələnin mahiyyətinə varmadan onu bir tərəfli işıqlandırmış, tirajlanan xəbərlərdə adı hallanan Hacı Beyləqanskinin mövqeyini öyrənməmişlər.

Qeyd olunanlar ilə əlaqədar Hacı Beyləqanskinin İstanbulda yaşayan və adının çəkilməsini istəməyən yaxını həmin vaxt mediaya müraciət edib. O, yazılan məlumatları təkzib edib və tam absurd olduğunu bildirib:

“Əslən çeçen olan iş adamı Həmzət Qastamirov (Şeyx Həmzət) “qanuni oğru” adı almaq uğrunda səy göstərir. İş adamı olmağına baxmayaraq oğru dünyasının çətirə altına düşmək istəyən Həmzət arzusuna çatmaq üçün yaxın ətrafı ilə birlikdə fəaliyyətə başlayıb.

Bu məqsədlə hamıya şər və böhtan atır, kriminal aləmdə olan şəxsləri bir-birinə qarşı qoyur. Rusiya saytındakı böhtan dolu yazını da öz polis əl-altıları vasitəsilə yazdırıb. Qastamirov həmişə özü ətrafında elə mühit yaradır ki, guya onu sıxırlar və ya ona qarşı sui-qəsd təşkil olunur. Əslində isə o adam kriminal aləmdə hörmətə malik olan Hacı Beyləqanski kimi insanlardan istifadə etməklə özünü reklam edir.

Hacı Beyləqanski rəhmətlik Rövşən Lənkəranski ilə dost olub. Beləqanski bu gün də Rövşənin əziz xatirəsini ehtiramla anır və öz yolundan dönməyib. Məqalədə adı çəkilən digər şəxs – Valter Djedjeya da Beyləqanski ilə dostdur. Görünür bu yaxınlıq kimlərisə ciddi narahat edir ki, belə təxribat dolu xəbərlər yayırlar. Azərbaycanımızın mərd oğullarına, xaricdə diasporamıza dəstək olanlara qara yaxmaq ilə məşğuldurlar.

Qeyd olunanları nəzərə alaraq bu fikrə gəlmək olar – Rusiya saytında dərc olunan məqalədə Beyləqanskinin xəyanətkar kimi göstərməyə çalışırlar. Açıq-aydın görünür ki, məqalə sifarişlə yazılıb” – deyə Hacı Beyləqanskinin yaxını qeyd edir.

O, həmçinin Azərbaycan mediasında yayılan xəbərlərə də münasibət bildirdi. Hacı Beyləqanskinin yaxını qeyd etdi ki, “Azərbaycan mediasında yayılan məlumatlar bir tərəfli işıqlandırılıb və bir çox hallarda həqiqəti əks etdirmir. Yuxarıda da qeyd etdiyim kimi Beyləqanski rəhmətlik Lənkəranskinin sadiq dostudur və özü də ölənə qədər sadiq dostu olaraq qalacaqdır”-deyə Hacı Beyləqanskinin yaxını fikrini tamamlayır.

Lənkəranski rəhmətə gedəndən sonra Beyləqanskinin başqalarından hədiyyələr qəbul etməsi tamamilə yalandır. Əslində, haqqında danışılan avtomobili Beyləqanskiyə R.Lənkəranskinin qardaşı bağışlayıb.

Müəllif Azər Mətin

Mənbə: milletinsesi.info