Kazan məktəbində bomba həyəcanı yaşandı

Bu gün Rusiyanın Kazan şəhərində məktəblərdən birində bomba həyəcanı yaşanıb. Azvision.az xəbər verir ki, şəhərin 27 saylı məktəbinə bomba qoyulması barədə məlumat yayıldıqdan sonra təxminən 80 şagird təxliyə edilib.

"Rəhbərliyə 27 saylı məktəbdə partlayıcı qurğu olması barədə xəbər daxil olduqdan sonra uşaqlar 41 saylı məktəbə təxliyə edilib",- deyə yerli media yazıb.

Şəhər rəhbərliyinin yaydığı məlumata görə, bomba barədə daxil olan zəng yalan xəbər olub.

Tural Tağıyev
 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda restoranda PARTLAYIŞ - XƏSARƏT ALANLAR VAR

SONRAKI XƏBƏR

Yunanıstan sərhədləri açdı: Turistlər üçün qadağalar aradan qaldırıldı