Masallıda keçmiş arvadını bıçaqlayan ər saxlanıldı - YENİLƏNİB

Masallıda 1994-cü il təvəllüdlü kənd sakini Zəhra Əsgər qızı Əzizovanı bıçaqlayan 1984-cü il təvəllüdlü Kəmaləddin Adil oğlu Əzizov saxlanılıb.

Bu barədə “Report”un Cənub Mərkəzi xəbər verir.

Qeyd edək ki, hadisə Öncəqala kəndində qeydə alınıb. Kənd sakini Zəhra Əzizova atasının evində keçmiş əri tərəfindən bıçaqlanıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Z.Əzizovaya çənəaltı, sol bazu və sağ əlin bilək nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozları qoyulub. Çoxlu qan itirən yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

20:48

Masallıda bıçaqlanma hadisəsi qeydə alınıb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Öncəqala kəndində baş verib.

Belə ki, 1994-cü il tarixli kənd sakini Zəhra Əsgər qızı Əzizova atasının evində keçmiş əri tərəfindən bıçaqlanıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Z.Əzizovaya çənəaltı, sol bazu və sağ əlin bilək nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozları qoyulub. Çoxlu qan itirən yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Əldə etdiyimiz məlumata görə, onlar boşansalar da, tərəflər arasında mübahisə davam edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb

SONRAKI XƏBƏR

Rəşad Sadıqov: "Sevinməyə vaxtımız yoxdur"