Daha bir qəza: 2 nəfər xəsarət alıb

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya bu ölkələrlə aviaəlaqələri bərpa edir

SONRAKI XƏBƏR

“O festival Azərbaycana veriləcək bütün sualların cavabıdır” - Video