İsrailin Qəzzaya aviazərbəsində hamilə qadın daxil ailənin bütün üzvləri həlak oldu

İsrailin Qəzzaya aviazərbəsində hamilə qadın daxil ailənin bütün üzvləri həlak oldu

İsrail-Fələstin münaqişəsi nəticəsində mülki insanlar arasında ölüm sayı artmaqdadır.

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İsrailin Qəzza bölgəsində olan Beyt Xanuna aviazərbələri nəticəsində hamilə qadın daxil olmaqla, 6 nəfərlik ailənin bütün üzvləri həlak olub.

Tanani ailəsində olan 4 azyaşlıdan biri 5, ikisi 4, biri isə 3 yaşında olub.

Bununla da münaqişə nəticəsində öldürülən uşaqların sayı 31-ə, ümumi ölü sayı isə 119-a çatıb.

 

Mənbə: baku.ws