Şamil Basayevin daha bir dəstə üzvü həbs edildi

Şamil Basayevin daha bir dəstə üzvü həbs edildi

Şamil Basayevin dəstəsinin daha bir üzvü məhkəmə qərarı ilə həbs edilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında deyilir. 1999-cu ilin iyulunda könüllü olaraq Basayevin dəstəsinə qoşulan Stavropol sakini Baqaudin Kuvanayev haqqında silahlı üsyan və hüquq-mühafizə orqanının zabiti və hərbçisinin həyatına qəsd maddələri ilə həbs qətimkan tədbiri seçilib. Yaxın vaxtlarda məhkəmənin yekun qərarı elan olunacaq.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, 1999-cu ildə Dağıstana hücumda iştirak edən 80-dən çox şəxs 3 ildən 19 ilədək azadlıqdan məhrum edilib. Daha 28 nəfər isə axtarışdadır.

Xatırladaq ki, 1999-cu ilin avqust-sentyabr aylarında Şamil Basayev və Əmir Xəttabın komandanlığı altında Çeçenistandan olan silahlılar Dağıstana hücum ediblər. Hadisə nəticəsində 280-dən çox insan ölüb, 800-dən çox insan yaralanıb.

Mənbə: qafqazinfo.az