Köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib

Köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib

Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin eyvanında 1 nəfər azyaşlı köməksiz vəziyyətdə qalıb. Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına gələrək azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.


 

Mənbə: azvision.az