Qüdsün yaxınlığında sinaqoq kürsüsü çöküb, ölənlər var

Qüdsün yaxınlığında sinaqoq kürsüsü çöküb, ölənlər var

İordan çayının Qərb sahilində yerləşən Qivat-Zivee sinaqoqun kürsüsü çöküb.

Trend-in məlumatına görə, bu barədə The Times of Israel qəzeti bildirib.

Məlumata əsasən, hadisə nəticəsində iki nəfər ölüb və 130-dan çox insan yaralanıb.

Bildirilib ki, 132 nəfər xəstəxanalara çatdırılıb. Beş nəfərin vəziyyəti ağır, səkkizinin orta ağırdır, qalanlar yüngül xəsarətlər alıb.

Hadisə zamanı sinaqoqda təxminən 600 nəfər olub. Hadisənin səbəbləri barədə məlumat verilməyib.

Mənbə: az.trend.az