Yəmən üsyançıları Mərib şəhərinə ballistik raketlər atıblar

Yəmən üsyançıları Mərib şəhərinə ballistik raketlər atıblar

Yəmənin “Ənsar Allah” (Husilər) hərəkatının tərəfdarları tərəfindən ölkənin mərkəzi hissəsində yerləşən Mərib şəhərinə bir neçə ballistik raket atılıb.

APA xəbər verir ki, bu barədə “Aden Al-Ghad” xəbər portalı şahidlərə istinadən məlumat yayıb.

Məlumata görə, eyniadlı əyalətin inzibati mərkəzi olan şəhərdə bir neçə raket partlayıb. Onlardan ikisi mərkəzi məhəlləyə düşüb.

Bundan bir qədər əvvəl “Reuters” yerli sakinlərə istinadən şəhərin mərkəzində güclü partlayış eşidildiyini bildirmişdi.

“Al Arabiya” telekanalının verdiyi məlumata görə, raket zərbələri nəticəsində beş nəfər ölüb, onlarla adam yaralanıb. Telekanal şəhərə dörd ballistik raketin düşməsi barədə xəbər verib.

Mənbə: apa.az