Saatlıda 46 yaşlı kişini elektrik cərəyanı vurdu

Saatlıda 46 yaşlı kişini elektrik cərəyanı vurdu

Saatlı sakinini elektrik cərəyanı vurub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Mircəlal kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1975-ci il təvəllüdlü Astanov Teymur Musaxan oğlunu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az