Saatlıda 27 yaşlı gənc oğlan yol qəzasında xəsarət aldı

Saatlıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Bəhramtəpə magistral yolunun rayonun Qıraqlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

İki atomobilin toqquşması zamanı Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Mehdiyev Cabir Musa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə 1 gündə koronavirusa yoluxanların sayı açıqlandı

SONRAKI XƏBƏR

Qəhvə insan orqanizmində nəyi bərpa edə bilmir?