İbadət yerlərində 14 yaş məhdudiyyəti götürüldü

İbadət yerlərində 14 yaş məhdudiyyəti götürüldü

Nazirlər Kabineti yanında Operativ Qərargahın ibadət evləri üçün nəzərdə tutulan qərarlarında yumşalma olub.

 

Modern.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibi Rəhimə Dadaşova məlumat verib.

 

“Operativ Qərargahla məsləhətləşmələr aparıldıqdan sonra uşaqlarla bağlı 14 yaş məhdudiyyəti götürülüb. Daha azyaşlı uşaqların məscidlərə gəlməməsi məsləhət görülüb. Qalan digər məhdudiyyətlər olduğu kimi qalır”, - deyə mətbuat katibi bildirib.

Mənbə: m.modern.az