Bakıda narkotik bağbanı saxlanıldı

Bakıda narkotik bağbanı saxlanıldı

Bakının Xəzər rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Türkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş V.İsayev saxlanılıb.

Onun həyətindən 126 ədəd çətənə kolu və 3 kiloqramdan artıq marixuana aşkar edilib.

Mənbə: teleqraf.com