Gəncədə su borusu partlayıb - FOTO

Gəncədə su borusu partlayıb - FOTO

Gəncədə su borusu partlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Su borusunun partlaması nəticəsində yolu su basıb, avtomobillərin hərəkətində çətinlik yaranıb.

Hadisə yerinə “Azərsu” ASC-nin əməkdaşları cəlb edilib, bərpa işlərinə başlanıb.

 

Mənbə: apa.az