Türkiyədə bu gün koronavirusdan 53 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 53 nəfər ölüb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 53 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əs asən, COVID-19 infeksiyası ilə əlaqədar 214 min 957 nəfər test edilib, onların 5 min 12-nin koronavirus testi pozitiv nəticə verib, 4 min 194 nəfər sağalıb. Koronaviruslu ağır xəstələrin sayı 952 nəfər olub.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 48 min 721 nəfər ölüb.

Türkiyədə indiyədək 5 miyon 330 min 447 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 202 min 251 nəfəri müalicə olunaraq evə buraxılıb

Mənbə: apa.az