Yaşlı kişini və onun 2 nəvəsini güllələyən şəxs intihar etdi

Yaşlı kişini və onun 2 nəvəsini güllələyən şəxs intihar etdi

 

Bu gün Romanın Ardea qəsəbəsində yaşlı kişini və onun 3 və 8 yaşlı iki nəvəsini güllələyərək öldürən şəxs intihar edib.

Bizim.Media “Tgcom24” telekanalına istinadən xəbər verir ki, polis atəş açan şəxsin psixi problemləri olan 35 yaşlı kişi olduğunu müəyyənləşdirib və onun yaşadığı ev mühasirəyə alınıb.

O, polislə danışıqlardan imtina edib. Bundan sonra evə daxil olan polis həmin şəxsin intihar etdiyini müəyyənləşdirib.

Bizim.Media

Mənbə: bizim.media