Ötən il orduya dəstək üçün keçirilən aksiyada saxlanılan şəxslərin bir qrupuna şərti cəza verilib

Ötən il orduya dəstək üçün keçirilən aksiyada saxlanılan şəxslərin bir qrupuna şərti cəza verilib

Bu gün Səbail Rayon Məhkəməsində Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə təqsirləndirilən bir qrupun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Ağamalı Qafarovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən 12 nəfər barəsində müəyyən müddətdə sınaq müddəti seçilərək şərti cəza verilib.

Qeyd edək ki, ittihama əsasən yürüş zamanı saxlanılan şəxslər 2020-ci il iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən yürüşün sonunda ictimai qaydanın kobud surətdə pozulması hallarına yol verilməsi, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olunması, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq edilməsində təqsirli biliriblər.
Barələrində həbsqətimkan tədbiri seçilən şəxslər daha sonar ev dustaqlığına buraxılıblar.
Keçirilən məhkəmə prosesində dövlət ittihamçısı çıxış edərək təqsirləndililən 36 nəfər şəxsi hər birinə şərti cəza verilməsini istəyib.

Mənbə: apa.az