6 yaşlı körpəni vəhşicəsinə öldürdü - Qandonduran cinayətin təfərrüatı

6 yaşlı körpəni vəhşicəsinə öldürdü - Qandonduran cinayətin təfərrüatı

Çanakkalada (Türkiyə) Çağlar Karakılıç birgə yaşadığı Sultan Bulut adlı qadının 6 yaşlı qızı Fundanın başını divara çırpmaqla öldürüb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, qızının özündən getdiyini görən ana onu çimizdirdikdən sonra yatızdırıb. Lakin uşağın öləcəyini anlayan Karakılıç "uşağa alkoqol verdim, yatsa yaxşıdır" deyip evdən çıxıb. Hadisə barədə Fundanın anası atasına məlumat verib. O da polisə xəbər verib. Həkimlər də müəyyən edib ki, qız bir neçə gün əvvəl ölüb. Karakılıç həbs olunub.

İfadəsi alınan ana sevgilisinin onun uşaqlarına cinsi təcavüz etdiyini etiraf edib. Bəlli olub ki, həmin şəxslə qadın arasında dava düşüb. Analarını müdafiə edən qızları isə Karakılıç döyüb. 6 yaşlı Fundanın başını dəfələrlə divara vurub. Qatil qaçmaq istəyərkən saxlanılıb.

Kamran Seyidov
Milli.Az

Mənbə: news.milli.az