Hovuzda oynayan 10 yaşlı uşaq BOĞULUB ÖLDÜ - FOTO

Hovuzda oynayan 10 yaşlı uşaq BOĞULUB ÖLDÜ - FOTO

Türkiyədə 10 yaşlı uşaq hovuzda boğularaq ölüb.

Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adanada Dilan Karslı oğlu Deniz Poyraz Karslını və ailədəki digər uşaqları su parkına aparıb.

Ana parkdakı skamyada oturan zaman uşaqlar su hovuzunda oynayıblar.

Bir müddət sonra uşaqlar Dilana yaxınlaşıb Deniz Poyrazın hovuzdan çıxa bilmədiyini söyləyiblər.

Qadın oğlunun yanına gələn zaman uşağı hərəkətsiz görərək kömək istəyib.

Azyaşlıya ilk yardımı hovuzda üzən tibb bacısı edib.

Deniz Poyraz Karslı hadisə yerinə gələn təcili tibbi yardımla xəstəxanaya aparılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Oğlunun ölümü ilə həyatının alt-üst olduğunu söyləyən Dilan Karslı mətbuata açıqlamasında su parkının işçilərindən polisə şikayət ərizəsi verdiyini bildirib.

 

 

 

 

 

Mənbə: sonxeber.az