Bakıda maşın aşdı, qarpızlar yola dağıldı - VİDEO

Bakı-Qazax yolunda qəza baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətt”inə bildiriblər.

Bildirilib ki, Qaradağ rayonu ərazisində, Ələt istiqamətində “QAZel” markalı avtomobilin təkəri partlayıb. Nəticədə maşın aşıb.

Aşan maşına yüklənən qarpızlar yola dağılıb. Faktla bağlı araşdırma aparılır.

Hadisənin görüntülərini təqdim edirik.

 

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Ərəb vəkil livanlı terrorçunun həbsinə görə Azərbaycana təşəkkür edib

SONRAKI XƏBƏR

Yəməndə 250 miqrantın olduğu qayıq batıb