Ana soyunub körpə qızını və 2 yaşlı oğlunu, daha sonra özünü pəncərədən ATDI - FOTO-VİDEO

Ana soyunub körpə qızını və 2 yaşlı oğlunu, daha sonra özünü pəncərədən ATDI - FOTO-VİDEO

ABŞ-ın Nyu-York şəhərində dəhşətli hadisə baş verib: 24 yaşlı ana əvvəl yeni doğulan körpə qızını və onun iki yaşlı qardaşını, daha sonra özünü ikinci mərtəbədən ataraq intihara cəhd edib.

BiG.AZ xəbər verir ki, bu barədə "New York Post" yazır.

Hadisənin şahidi olan qonşunun sözlərinə görə, özünü atmadan öncə qadın əvvəl soyunub, sonra uşaqlarını soyundurub.

Pəncərədən düşdükdən sonra həm ana, həm uşaqlar sağ qalıblar. Qadın bir aylıq körpəsinin başını asfalta çırpmağa başladıqda qonşu hasardan tullanaraq uşağı onun əlindən alıb.

Hadisə yerinə polis və təcili tibbi yardım yetişənədək qadın tək yaşamaqdan yorulduğunu deyərək, övladlarını qonşuya tapşırıb.

Ana və uşaqları xəstəxanaya yerləşdiriliblər. Qadın və oğlu ciddi xəsarət almasalar da, yeni doğulan körpənin vəziyyəti kritikdir.

Natəvan Baxşiyeva

 

 

Mənbə: big.az