Yəməndə 250 miqrantın olduğu qayıq batıb

Bakı. Orxan Nəbiyev - Trend:

Yəmən sahillərində 250 miqrantın olduğu qayıq batıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 25 nəfər həlak olub.

Hazırda qəza yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd olunur ki, qayıqda Afrika ölkələrindən qeyri-leqal miqrantlar olub.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda maşın aşdı, qarpızlar yola dağıldı - VİDEO

SONRAKI XƏBƏR

Umayra Tağıyeva qadınlara müraciət edib