Bakıda qadın müəmmalı şəkildə öldü

Bakıda qadın müəmmalı şəkildə öldü

Bakıda evdən meyit tapılıb.

Lent.az-ın məlumatına görə, hadisə dünən gecə saatlarında “8-ci kilometr” bazarı yaxınlığında baş verib. 73 yaşlı Şahbazova Əminə Nazim qızı yaşadığı evdə müəmmalı şəkildə ölüb.

Onun ölümü barədə ailə üzvləri hüquq-mühafizə orqanlarına məlumat verib. Qadının hansı səbəbdən öldüyü hələ ki bilinmir.

Faktla bağlı araşdırma aparılır.

 

Mənbə: cebhe.info