Gəncədə silahlı basqın etməkdə təqsirli bilinən şəxsin işi – Məhkəmədə

Gəncə şəhərində quldurluqda ittiham olunan Mübariz İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Gəncə şəhər Baş Polis İdarəsinə bu ilin martın 1-də bir nəfər maskalı, naməlum şəxsin əlində çapacaqla şəhər ərazisindəki çörək bişirmə məntəqələrindən birinə basqın edərək, oradakı pul kassasından 95 manat pulu götürərək hadisə yerindən uzaqlaşması barədə məlumat daxil olub.

Polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz İsmayılov saxlanılıb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticə Mübariz İsmayılovun daha bir anoloji cinayət hadisəsini törətməsi aşkar edilib.

O, martın 8-də əlində eyni çapacaq və oyuncaq tapanca ilə şəhər ərazisindəki marketlərdən birinə yaxınlaşaraq satıcıdan pul tələb edib, lakin satıcının müqaviməti ilə qarşılaşdıqda hadisə yerindən qaçaraq uzaqlaşıb.

34 yaşlı Mübariz İsmayılov maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. O, dindirilmə zamanı törətdiyi cinayət hadisəsini etiraf edib.

İstintaq orqanı tərəfindən Mübariz İsmayılovun barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Səlahət Ağayev: "Bu, mənim üçün yeni çağırışdır"

SONRAKI XƏBƏR

"Müharibə zamanı Ermənistanda səlahiyyətlilər 40 milyon dollar dəyərində mükafatlar paylayıblar”