Təyyarədə uçan YARASA enişə səbəb oldu - VİDEO

Təyyarədə uçan YARASA enişə səbəb oldu - VİDEO

Hindistanın "Air İndia" reysi üzrə uçan təyyarədə həyəcanlı anlar yaşanıb: salonda peyda olan yarasa təyyarənin Dehliyə qayıtmasına səbəb olub.

BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, "biletsiz qonaq" təyyarənin salonunda uçuşub və qida ehtiyatlarının yerləşdiyi müxtəlif hissələrə daxil olub.

Eniş zamanı pilotlar vəhşi təbiətin qorunması üzrə təcili xidmətə müraciət ediblər. Təyyarədən ekipaj və sərnişinlər tamamilə çıxarıldıqdan sonra yarasa tutulub.

Mütəxəssislər onun qida məhsulları yüklənərkən təyyarəyə daxil olduğunu ehtimal edirlər.

Problem həll olunduqdan sonra təyyarə Nyu-Dehlidən Nyuarka uçuşu uğurla başa çatdırıb.

Təyyarədə uçan yarasanın görüntüləri sosial şəbəkələrdə yayılaraq marağa səbəb olub.

Natəvan Baxşiyeva

 

 

Mənbə: big.az