Beş gənc benzin tökərək dayanacaqdakı 9 avtomobili yandırdı - VİDEO

Beş gənc benzin tökərək dayanacaqdakı 9 avtomobili yandırdı - VİDEO

Rusiyada beş gənc avtomobilin üstünə benzin tökərək yandırıb. Olanlar anbaan kameralara həkk olunub.
Xeberoxu.Az bildirir ki, Moskvada yaşayan gənclərə internet vasitəsilə 60 min rubl qarşılığında yerli sakinlərdən birinə məxsus xarici avtomobili yandırmaq əmri verilib. Gənclərin benzin tökərək yandırdığı avtomobilin alovları yaxınlıqdakı maşınlara da keçib, ümumilikdə doqquz xarici avtomobil yanıb və dayanacağın əmlakına xeyli ziyan dəyib. Bildirilir ki, zərərin ümumi məbləği 13 milyon rublu keçib.
Polis, başqalarının əmlakını qəsdən məhv etməkdə şübhəli bilinən qrup üzvlərini müəyyənləşdirərək həbs edib.(Avtosfer.az)

Mənbə: www.xeberoxu.az