Ermənistanda COVID-19-a yoluxanların sayı 224000-ə çatıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 96 yoluxma halı qeydə alınıb.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 224000-ə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 1 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4491-a çatıb

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Tramp: Bayden-Putin sammitindən Moskva uddu

SONRAKI XƏBƏR

"Ülviyyənin ailəsinə görə münasibətimizi gizlədirdik"