Arvadı ilə dalaşıb evinə od vurdu - Beş uşaq yanan evdə qaldı - FOTO

Arvadı ilə dalaşıb evinə od vurdu - Beş uşaq yanan evdə qaldı - FOTO

Ordu şəhərində (Türkiyə) xanımı ilə dalaşan Hüseyn D. evdəki əşyalara od vurub ordan çıxıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, evə od vuran zaman arvadı və beş uşağı evdə olub.

Onları son anda evdən çıxarmaq mümkün olub. Ev isə yanıb kül olub. Polis məmurları evi yandırıb qaçan ev sahibinin axtarışına başlayıb.

Kamran Seyidov
 

Mənbə: news.milli.az