Əfqanıstan ordusu "Taliban" qiyamçılarının 119 üzvünü zərərsizləşdirib

Əfqanıstan ordusu "Taliban" qiyamçılarının 119 üzvünü zərərsizləşdirib

Əfqanıstanda təhlükəsizlik qüvvələri ilə “Taliban” qiyamçıları arasında toqquşma yaşanıb. Ordu.az xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, toqqumalar ölkənin Badqis, Loqar, Faryab, Tahar, Daykundi, Qəndahar, Kunduz, Nanqarhar, Herat, Hilmand, Farah, Bağlan, Uruzqan və Badaxşan vilayətlərində baş verib.

Toqquşmalar zamanı qiyamçılardan 119-nun öldürüldüyü, 84-nün yaralandığı bildirilir.

Sevinc Əliyeva

Mənbə: ordu.az